"ABŞ-ın defolta düşməsi tarixi bir maliyyə böhranına təkan verə bilər" - MALİYYƏ NAZİRİ
"The Wall Street Journal" qəzetində ABŞ-ın Maliyyə naziri Janet Yellenin "Konqres, Borc Limitini Yüksəlt" başlıqlı bir yazısı dərc olunub.
Yazıda Yellen, ABŞ-ın yeni növ koronavirus (Covid-19) epidemiyasının səbəb olduğu böhrandan çıxdığını, ölkənin özünü bir başqa maliyyə çətinliyinə soxmaması lazım olduğunu bildirib.
Konqresin 1960-cı ildən bu yana ölkənin borc limitini təxminən 80 dəfə yüksəldib və ya təxirə saldığını xatırladan Yellen, bunun təkrar edilməsi lazım olduğunu, əks halda Xəzinə Nazirliyinin nağd balansının qeyri-kafi səviyyəyə düşəcəyini və federal hökumətin borclarını ödəyə bilməyəcəyini qeyd edib.
Yellen, "ABŞ heç bir zaman defolta (iflasa-red) düşməyib. Ölkənin defolta düşməsi tarixi bir maliyyə böhranına təkan verə bilər" qiymətləndirməsini edib.
İflasın faiz dərəcələrində ani bir artımı, səhm qiymətlərində sürətli bir enişi və digər maliyyə çalxantılarını yaradacağına diqqəti çəkən Yellen, "Mövcud iqtisadi bərpamız böhrana çevrilə bilər. Bu böhrandan şox zəif olaraq çıxa bilərik", - qeyd edib.
Yellen, Konqres üzvlərinin borc limitini bir daha müzakirə edəcəklərinə ümid etdiyini qeyd edib, ancaq sürətli hərəkət edilməsi lazım olduğunu vurğulayıb.
Mənbə: Marja
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay