Rusiyanın qaz ehtiyatları 100 ildən çox kifayət edəcək
Rusiyadakı qaz ehtiyatları dünyanın ən böyük ehtiyatıdır və hasilat üçün 100 ildən çox kifayət edəcək.
Bunu "Qazprom" un idarə heyətinin sədri Aleksey Miller, Beynəlxalq İşgüzar Konqresinin 24-cü illik ümumi yığıncağında çıxışı zamanı deyib.
“Rusiyadakı qaz ehtiyatları, "Qazprom"un qaz ehtiyatları dünyanın ən böyük qaz ehtiyatlarıdır. Növbəti yüz il ərzində ehtiyatlarımızla bağlı problem yaşamayacağıq", - deyə Miller bildirib.
Miller əlavə edib ki, hazırda "Qazprom"un Yamalda inkişaf etdirdiyi bəzi sahələr 2132-ci ilə qədər işləyəcək.
Ölkənin Hesablama Palatasının məlumatına görə, dünyanın neft ehtiyatlarının 6%-i və qaz ehtiyatlarının isə 20%-i Rusiyanın payına düşür. Yerin altındakı kəşf edilmiş faydalı qazıntıların ümumi dəyəri 28 trilyon dollardır, yəni ölkənin ÜDM-in 1900% -dir. Bu məbləğin dörddə üçü neft, qaz və kömürün payına düşür.
Palatasının hesablamalarınaa görə, hazırkı istehsal səviyyəsində neft ehtiyatları 35 il, qaz isə 50 il davam edəcək.
Eyni zamanda, neft yataqlarının üçdə ikisi, əsasən Arktikada yerləşən, çətin çıxarılan neftdir. Onun çıxarılması hazırda bahalıdır və müasir texnologiya tələb edir. Mənfəətsiz yataqlar istisna edilsə, ölkədə hələ 20 illik neft qalıb.
Mənbə: Marja
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay