ABŞ-da gəlir səviyyəsi aşağı düşdü - Artıq yoxsulluq artır
ABŞ-da ev təsərrüfatı üzrə median gəlir ötən il pandemiyanın təsirindən 2019-cu ilə nəzərən 2,9% azalıb.
ABŞ Siyahıyaalma Bürosu tərəfindən edilən açıqlamaya görə, 2019-cu ildə 69 min 560 dollar olan median gəlir 2020-ci ildə 67 min 521 dollara geriləyib. Açıqlamada müvafiq göstəricinin 2,9% azalmasının 2011-ci ildən bəri müşahidə edilən ilk mühüm statistiki geriləmə olduğu bildirilib.
Ölkənin bütün işçi təbəqəsinin qazanclarında ötən il 1,2% azalma olduğu vurğulanarkən, il ərzində tam-ştat işləyənlərin sayında 13,7 milyon, qazanc əldə edən əhalinin ümumi sayında isə 3 milyon azalma qeydə alınıb.
Bununla yanaşı, 2020-ci ildə ABŞ-da rəsmi yoxsulluq göstəricisi əvvəlki ilə nəzərən 1 punkt artmaqla 11,4%-ə çatıb. Ölkədə yoxsul əhalinin sayının ötən il 37,2 milyona çatdığı qeyd edilən açıqlamada bu rəqəmin 2019-cu illə müqayisədə 3,3 milyon nəfər çox olduğu bildirilib.
Mənbə: Banco.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay