Dünya
15.09.2021 / 18:29
Körpələrə də COVİD-19 peyvəndi vurulacaq – Müraciət edildi
18211
6 aylıq körpələrə, eləcə də 5 yaşına qədər olan uşaqlara da peyvənd vurula bilər.
Bununla bağlı "Pfizer” və "Biontech” şirkətləri ABŞ Qida və Dərman Agentliyinə müraciət edəcək.
Müraciətin oktyabr ayında baş tutacağı gözlənilir. Digər tərəfdən vaksin yaşının 6 aylıq uşaqlara qədər endirilməsinin ictimaiyyətdə narazılıq yarada biləcəyi qeyd edilib.
Bundan öncə, "Pfizer” şirkəti 5-11 yaşlı uşaqlara peyvənd edilməsi istiqamətində oxşar addımı atmışdı.
Xatırladaq ki, Pfizer/Biontech ABŞ Qida və Dərman Agentliyi tərəfindən təsdiq edilən ilk koronavirus əlyehinə peyvənd olub. Avropa Dərman Preparatları Agentliyi isə, 12 yaşından böyüklər üçün sözügedən vaksini təsdiqləyib.
Mənbə: Sfera.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay