Foreks bazarlarında dolların ucuzlaşması dayanıb - GÜNƏ BAXIŞ
ABŞ-dan inflyasiyanın yenidən azalmasına dair xəbərlərdən sonra foreks bazarlarında dolların ucuzlaşması dayanıb.
Valyuta.az xəbər verir ki, hazırda EUR/USD və GBP/USD məzənnələri son həftənin orta səviyyələrində ticarət edilirlər. Təhlillərə əsasən, avro və funtda ucuzlaşma müvafiq olaraq 1.17 və 1.37$-a kimi davam edə bilər.
Əlvan metallar bazarlarında qızılda da korreksiyanın dərinləşəcəyi proqnozlaşdırılır. Bunun əsas səbəbi inflyasiyanın düşməsi və eyni zamanda, monetar siyasətlərin sərtləşdirilməsidir.
Kriptovalyuta birjalarında isə bitkoinin qiyməti önəmli dəstək səviyyəsi - 43 minin üzərində ticarət edilir və növbəti yüksək hədəflər üçün 47.6 min dolların qırılması lazımdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay