Xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi açıqlandı
Cari ildə təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 844 milyon ABŞ dolları məbləğində qiymətləndirilib.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yaydığı hesabatda açıqlanıb.
Daxilolmalar 531.2 milyon dollar, ödənişlər isə 312.8 milyon dollar təşkil edib.
Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 92.5%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 6.2%-i ölkəyə gətirilən humanitar və yardım mallarının həcmi, 1.3%-i isə digər daxilolmalar təşkil edir.
Ölkəyə göndərilən pul baratlarının həcmi 32% artaraq 491.4 milyon dollar, ölkədən çıxarılan pul baratlarının həcmi isə 15.8% artaraq 256.1 milyon dollar olub. Nəticədə pul baratları üzrə 235.3 milyondollar müsbət saldo yaranıb.
Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 218.4 milyon dollar (1.5 dəfə artım) təşkil edib.
Rövşən Ziya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay