Avro ucuzlaşa bilər - GÜNƏ BAXIŞ
Foreks bazarlarında dolların bahalaşması dinamikası zəifləyib və bu, bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-dan açıqlanacaq inflyasiya göstəriciləri ilə əlaqədardır.
Valyuta.az xəbər verir ki, investorlar istehlak qiymətlərin azalması proqnozları fonunda ehtiyatlı mövqe tuturlar.
Beləliklə, texniki təhlillərə əsasən, EUR/USD 1.1820 səviyyəsi altında qalarsa, 1.17$-a kimi də ucuzlaşa bilər. GBP/USD məzənnəsində önəmli müqavimət səviyyəsi 1.3853-dür. Qiymət sözügedən səviyyənin altında qalarsa, 1.38$-a kimi dəyər itirə bilər.
Əlvan metallar bazarlarında isə üfüqi korreksiya müşahidə edilir və gələcək trend 1799 müqavimət və ya 1876 dəstək səviyyələrinin qırılması ilə müəyyən olunacaqdır.
Kriptovalyuta birjalarında da bitkoin iki önəmli müqavimət və dəstək səviyyələri arasında dalğalanmaqda davam edir. Beləliklə, BTCUSD məzənnəsinin gələcəyi üçün 47 min müqaviməti və ya 43 min dəstəyi önəmli rol oynayacaqdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay