Dünya
13.09.2021 / 12:28
Moskvada əmək miqrantlarının çatışmazlığı yaşanır
18026
Rusiya paytaxtında tikinti sahəsində hələ də miqrant çatışmazlığı yaşanır. Hazırda Moskvanın təxminən 200 min əcnəbi işçiyə ehtiyacı var.
Bu barədə "İzvestiya" qəzeti Moskvanın vitse-meri Vladimir Yefimova istinadən yazır.
"Ümid edirik, yaxın gələcəkdə ölkəyə giriş məhdudiyyətləri yumşaldılacaq", - deyə V. Yefimov bildirib.
Vitse-merin sözlərinə görə, şəhərdə əmək miqrantlarının çatışmazlığı işəgötürənlərin – ilk növbədə, tikinti şirkətlərinin – işçiləri bir-birindən təkrar cəlb edilməsinə səbəb olur. Bu səbəbdən xidmətlərin dəyəri artır.
Şəhərin rəsmisi əlavə edib ki, koronavirus pandemiyasından bir neçə il əvvəl Moskvada mənzil qiymətləri demək olar artmırdı:
"Pandemiya fonunda mənzillərin qiyməti artıb".
Mənbə: "APA-Economics"
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay