Çin yuanı dollar qarşısında 3 aylıq maksimuma çatdı
Çin Xalq Bankı (Mərkəzi Bank) Bazar ertəsi günü, renminbini (Çin valyutasının rəsmi adı və ya Yuan) 69 baza bəndi möhkəmləndirərək bir dollar üçün 6,4497 yuan səviyyəsinə yüksəldib.
Tənzimləyicinin statistikasına görə, bu, 18 iyun 2021-ci ildən bəri maksimum qiymətdir.
Çin valyuta məzənnəsinin möhkəmlənməsi ardıcıl üçüncü iş günü davam edir.
Yanvar ayında Çin Xalq Bankının pul siyasəti şöbəsinin müdiri Sun Guofeng, yuanın dollara qarşı iki istiqamətli dalğalanmalarının bu il norma olacağını söyləyib. Məmur, "Çin valyutasının sabitliyini ağlabatan və balanslaşdırılmış bir diapazonda saxlanacağını" da qeyd edib.
2020-ci ildə, pandemiya fonunda bir neçə ay yuanın dollar qarşısında ucuzlaşması müşahidə olunmuşdu. 29 May 2020-ci il tarixində Çin Xalq Bankı milli valyutanın məzənnəsini 2008-ci ilin fevral ayından bu yana ən aşağı səviyyəyə endirmişdi - 1 dollar üçün 7,1316 yuan. Lakin bundan sonra yuan Amerika valyutasına qarşı tədricən möhkəmlənməyə başlayıb.
Mənbə: Marja.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay