“Bitkoin” çökə bilər - Açıqlama
İsveç Mərkəzi Bankının sədri Stefan İnqves kriptovalyuta növləri ilə bağlı düşüncələrini açıqlayıb.
Stokholm şəhərində keçirilən iclasda çıxış edən sədr, "Qeyri-rəsmi valyutalar əvvəl-axır süquta məhkumdur. Bitkoin alqı-satqısı ilə təbii ki, varlana bilərsiniz, ancaq bunun marka alıb-satmaqdan heç bir fərqi yoxdur", deyə bildirib.
Stefan İnqvesin bu açıqlamaları dünyanın digər ölkələrinin bir çox mərkəzi bank təmsilçiləri tərəfindən dilə gətirilən oxşar fikirlərlə üst-üstə düşüb.
Xatırladaq ki, avqust ayında Çin Mərkəzi Bankının rəsmisi Yin Youping, "İnsanlara bir daha xatırladırıq ki, bitkoin və digər kriptovalyuta növlərini dəstəkləyən heç bir dəyər mövcud deyil", deyə açıqlama etmişdi.
İngiltərə və İrlandiya Mərkəzi Bank sədrləri də kriptovalyuta biznesinə investisiya qoyanların bütün vəsaitlərini itirməyə hazır olmaqlarına dair xəbərdarlıq edib. Hətta İrlandiya Mərkəzi Bankının sədri Qabriel Maxluf bitkoini 17-ci əsrdəki "lalə həyəcanı" ilə eyniləşdirib.
Mənbə: Banco.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay