Dünya
09.09.2021 / 13:21
Hərraclarda bəzi xammallar rekord həddədək bahalaşıb
17931
Bu gün keçirilən hərraclar zamanı nikel 2,06 faiz bahalaşaraq 20,09 min ABŞ dollarına satılıb.
“Report” xəbər verir ki, bu, 2014-cü ilin may ayından sonra ən yüksək qiymətdir.
Bununla yanaşı, alüminium da son 13 ilin ən yüksək qiymətinə - 2833 dollara satılıb. Bu bahalaşma hərbi çevriliş baş verdiyi Qvineyadan boksit ixracatının azalacağına dair şübhələrlə əlaqələndirilir.
Qeyd edək ki, bu ilin 7 ayı ərzində Azərbaycan 72,8 milyon dollar məbləğində alüminium və alüminium məmulatları ixrac edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay