AYİB-in Azərbaycan üzrə portfeli yenidən artdı
Bu ilin avqustun 31-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi 35 layihə üzrə 1,132 mlrd. avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib.
Bu barədə AYİB-dən bildirilib.
Bu rəqəm bank tərəfindən təqdim edilən son göstərici (iyulun 31-i) ilə müqayisədə 0,4% artıb. Layihələrin sayı isə dəyişməz olaraq qalıb.
Qeyd olunub ki, portfelin 78%-ini (887 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 20%-ini (225 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 2%-ini (20 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir.
Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə avqust ayında 1% artaraq 1,019 mlrd. avroya yüksəlib.
Beləliklə, AYİB bu günədək Azərbaycana 3,172 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 85,1%-i (2,698 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənib. Ümumi investisiyaların 22%-i özəl sektorun payına düşüb.
Xatırladaq ki, təkcə 2020-ci ildə bank Azərbaycana 6 layihə üzrə 17 mln. avro həcmində investisiya yatırıb. Ayrılan vəsaitin həcmi 2019-cu il ilə müqayisədə dəyişməyib, lakin layihələrin sayı 5-dən 6-ya yüksəlib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay