
08.09.2021 / 15:58
Ukraynada kriptovalyutalarla əməliyyatlara icazə verildi
17898
Ukraynada kriptovalyutaların hesablaşma əməliyyatlarında istifadəsinə icazə verilib.
Ukrayna Ali Radası "Virtual aktivlər haqqında" qanunu qəbul edib. Qanunun lehinə 276 deputat səs verib.
Qeyd olunur ki, qanuna əsasən, Ukraynada kriptovalyutalar ödəniş vasitəsi kimi deyil, hesablaşma vasitəsi kimi istifadə olunacaq.
Bundan başqa, şirkətlər kriptovalyutaların digər valyutalara ani konvertasiyası üçün xidmətlər göstərə biləcək.
Mənbə: Trend
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay