Dünya
08.09.2021 / 09:38
Zəngin ölkələrin peyvənd ehtiyatları yığması pandemiyanı uzadır - ÜST
17855
Koronavirusa (COVID-19) qarşı peyvəndlərin yığılması pandemiyanın uzanmasına xidmət edir.
"CNBC" telekanalının verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə xəstəliklər bölməsinin texniki qrupunun rəhbəri Mariya Van Kerxov deyib.
M. Van Kerxov bildirib:
"Bu yalnız ədalətsizlik deyil, bu addım həmnçinin pandemiyanı uzadır".
Qeyd edilir ki, Avropa İttifaqı əhaləsinin 57 faizini tam peyvənd edib, həmçinin Fransa və Böyük Britaniyada buster dozalar tətbiq etməyə başlayır. Lakin Afrika əhaləsinin yalnız 3 faizi koronavirusa qarşı tam peyvənd olunub.
Mənbə: Trend
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay