Hansı ölkələrdə əmək azadlığı səviyyəsi çox yüksəkdir? - TOP-10
ABŞ-ın "The Heritage Foundation" strateji araşdırmalar institutu əmək azadlığı səviyyəsinin ən yüksək olduğu ölkələrin reytinqi dərc edib.
Siyahıda 182 ölkə yer alıb. Azərbaycan reytinqin 59-cu yerində qərarlaşıb ki, ölkənin indeksi 65,9 təşkil edib.
Reytinqin ilk pilləsində Sinqapur (91,5), ikinci yerində Bruney-Dərüssalam (90,9), üçdə isə ABŞ (87,1) qərarlaşıb.
Siyahının dördüncü yerini Yeni Zelandiya (86,3), beşinci yerini isə Qazaxıstan (86,2) tutub. Reytinqin ilk onluğuna Namibiya (85,2), Nigeriya (84,4), Avstraliya (84,1), Uqanda (83,2) və BƏƏ (81,6) daxil olub.
Qırğızıstan 79,5 indeksi ilə reytinqin 13-cü pilləsində, Belarus (75,7) – 23-cü, Özbəkistan (61,2) – 83-cü, Rusiya (55,4) – 114-cü, Ukrayna (48,7) – 146-cı, Tacikistan (46,2) – 153-cü, Moldova (39,2) isə 171-ci pilləsində yer alıb.
Siyahının autsayderləri Türkmənistan (20,0) və Şimali Koreya (5,0) olub.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci il avqustun 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 288,8 min nəfər olub, onlardan 4 947,7 min nəfərini məşğul əhali təşkil edib.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,8%-i məhsul istehsalı sahələrində, o cümlədən 7,6%-i tikintidə, 7,5%-i emal sənayesində, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9%-i mədənçıxarma sənayesində, 1,9%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 19,4%-i təhsil, 18,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,2%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,4%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i istirahət, əyləncə və incəsənət, 1,8%-i informasiya və rabitə, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 1,7%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,9%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıb.
Mənbə: "APA-Economics"
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay