Dünya yeni təhlükə ilə üz-üzə: “Mü” nədir?
Dünyada Britaniya və “Delta” ştammları ilə yanaşı, koronavirusun yeni növü yayılmağa başlayıb. “Mü” adlandırılan ştamm ilk dəfə 2021-ci ilin yanvar ayında Kolumbiyada aşkar edilib.
Valyuta.az Modern.az-a istinadən xəbər verir ki, indiyədək “Mü” ştammına dünyanın 39 ölkəsində 4500-dən çox yoluxma halı qeydə alınıb.
COVID-19-un “Mü” variantı “B.1.6212” olaraq da bilinir. Dünyada Cənubi Amerikadan başqa, İngiltərədə, Avropanın bəzi ölkələrində və Honq-Konqda yeni ştamm geniş yayılmaqdadır.
“Mü” ştammına daha çox 20 yaş civarında gənclərdə rast gəlindiyi bildirilir. “Mü” testi müsbət çıxanlardan bəziləri bir və ya ikinci doza peyvənd olunan insanlardır.
Elm adamları “Mü” variantının dünyanın bir çox yerində üstünlük təşkil edən “Delta” növündən daha təhlükəli olduğunu hesab edirlər. Adıçəkilən ştamm yeni olduğundan onun simptomları barədə hələlik ətraflı informasiyalar mövcud deyil.
Qeyd edək ki, ölkəmizdə virusun bu növünə hələ ki rast gəlinməyib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay