“Bitkoin” cüzi, “Ethereum” isə kəskin bahalaşdı
Ötən həftə 3 aydan sonra ilk dəfə 50 min dollar səviyyəsini üstələyən “Bitkoin” daha sonra yenidən ucuzlaşıb, yeni həftəyə də bu dinamika ilə başlayıb.
Valyuta.az Banco.az-a istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən “Bitkoin” səhər saatlarında ötən 24 saat ərzində 0,4% bahalaşmaqla 47 min 300 dollara qalxıb.
Ötən iki gün ərzində əsas diqqət mənbəyi isə ikinci dəyərli kriptovalyutada olub. Belə ki, “Ethereum” ötən həftəki yenilənmə zamanı meydana gələn və daha sonra bir xaker tərəfindən böyüdülən defisit nəticəsində 3 min 250 dollardan 3 min 84 dollara geriləmişdi. Problem həll edildikdən sonra isə bu kriptovalyuta növü bahaşalmağa başlamışdı. Hazırda ethereum 8% dəyər qazanmaqla 3 min 497 dollara icra edilir.
Qeyd edək ki, analitiklər ethereumda 3 min 500 səviyyəsinin keçilib-keçilməyəcəyini izləyir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay