Foreks bazarlarında dolların ucuzlaşması dayanıb
Amerikanın əmək bazarında dair nikbinliyin artması, foreks bazarlarında dolların ucuzlaşmasının qarşısını alıb.
Valyuta.az xəbər verir ki, lakin maliyyə bazarlarında mövcud şəraitdə bahalaşmanın korrektiv xarakter daşıdığı və ucuzlaşmanın davam edəcəyi proqnozlaşdırılır.
Bu baxımından bu gün Bakı vaxtı ilə saat 16:15-də "ADP"-dən və cümə günü saat 16:30-da hökümət tərəfindən açıqlanacaq əmək bazarı göstəriciləri, investorların diqqət mərkəzindədir və bazarlarda istiqamət verici rol oynayacaqdırlar.
EUR/USD hazırda 1.18$-ın altında, GBP/USD məzənnəsi 1.37$-ın üzərində ticarət edilməkdədir. Əlvan metallar bazarlarında qızılın bir unsiya qiyməti isə 1817$ müqavimətini qırmaqda çətinlik çəkir.
Kriptovalyuta birjalarında da bitkoin 48 min dollar ətrafında üfüqi korreksiya etməkdədir və növbəti bahalaşma dalğası üçün 51 minin qırılması lazımdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay