Dünya
30.08.2021 / 17:58
ÜST xəbərdarlıq etdi: “Dekabradək 236 min insan öləcək”
17497
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa nümayənədliyi koronavirusa qarşı peyvəndləmə prosesi zəif aparıldığı üçün ölüm hallarının çoxalacağı ilə bağlı məlumat yayıb.
Valyuta.az Sfera.az-a istinadən xəbər verir ki, ÜST-ün Avropa Masasının rəhbəri Hans Kluqe qitədə koronavirus peyvəndi proqramlarının yavaşladığını və koronavirus xəstəliyinin yayılma sürətinin narahatlıq doğurduğunu söyləyib.
ÜST rəsmisi bu səbəblə Avropada dekabrın 1-nə qədər 236 mindən çox insanın xəstəlikdən ölə biləcəyini deyib.
ÜST nümayəndəsinin verdiyi məlumata görə, epidemiya başlayandan bu yana Avropa ölkələrində qeydə alınan koronavirus ölümlərinin sayı 1 milyon 300 mini keçib. Ötən həftə 53 Avropa ölkəsindən 33-də koronavirusla bağlı ölümlərdə 10 faiz artım olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay