Avro, funt sterlinq və qızılda bahalaşma güclənməkdədir
Amerika iqtisadiyyatı fonunda risklərin artması, foreks bazarlarında dolların ucuzlaşmasına səbəb olur.
Valyuta.az xəbər verir ki, beləliklə, EUR/USD, GBP/USD və qızılın qiymətində başlayan bahalaşma da güclənməkdədir. Təhlillərə əsasən, avro 1.18, funt sterlinq 1.38, qızılın bir unsiya qiyməti isə 1858$-a kimi bahalaşa bilər.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 10:00-da Almaniyadan dərc ediləcək iqtisadi inkişaf göstəriciləri də investorların diqqət mərkəzindədir.
Kriptovalyuta birjalarında da bitkoinin qiyməti 50459$-a kimi bahalaşmaqla, önəmli müqavimət səviyyəsinə yaxınlaşmış oldu. Beləliklə, burada da 51 minlik müqavimətin qırılaraq, BTCUSD məzənnəsinin 54 və 60 minə çatacağı ehtimal edilir.
Qeyd edək ki, məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay