Birjadan 100 milyon dollarlıq kriptovalyuta oğurlanıb
Yaponiyanın ən böyük kriptovalyuta birjalarından biri olan Liquid Global kimliyi bilinməyən hackerlər tərəfindən kiberhücuma məruz qalıb.
Valyuta.az Fins.az-a istinadən xəbər verir ki, reallaşdırılmış kiberhücum nəticəsində hackerlər bir sıra rəqəmsal portmanatı hack edərək ümumi dəyəri 100 milyon dollar olan kriptovalyuta oğurlayıblar.
Sözügedən kiberhücumdan hansı sayda istifadəçinin zərər çəkdiyi barəsində məlumat yoxdur. Bununla yanaşı Liquid Global bldirib ki, o, oğurlanmış kriptovalyutalar ilə bağlı olan tranzaksiyaları izləməkdə davam edir.
Bunun sayəsində şirkət oğurlanmış kriptovalyutaların istifadəsini bloklaya və onları istifadəçilərə geri qaytara bilər.
Qeyd etmək lazımdır ki, bu, son 1 ay ərzində baş verən ikinci böyük kriptovalyuta oğurluğudur. Hələ 10 avqust tarixində Mr. White ləqəbli hacker Poly Network kriptoplatformasını hack edərək ümumi dəyəri 600 milyon dollar olan rəqəmsal valyuta oğurlamışdı. Həmin kiberhücumdan 10.000-ə yaxın istifadəçi zərər çəkmişdi. Lakin həmin hadisənin nəticəsində hacker oğurladığı bütün vəsaiti geri qaytarmışdı.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay