Dünya
23.08.2021 / 11:02
Yaponiya İraqa bu məqsədlər üçün kredit ayıracaq
17359
Yaponiya neft emalı zavodlarının genişləndirilməsi üçün İraqa 300 milyon dollar kredit ayıracaq.
Valyuta.az Fins.az-a istinadən xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Motegi Toshimitsu Yaxın Şərq turu çərçivəsində İraqlı həmkarı Fuat Hüseynlə Bağdadda görüşüb.
Kyodo agentliyinin verdiyi məlumata görə, Motegi və Hüseyn ikitərəfli əlaqələr də daxil olmaqla regional inkişafları və Əfqanıstandakı siyasi vəziyyətlə əlaqədar son vəziyyəti müzakirə edib.
İkitərəfli iqtisadi əlaqələrin inkişafına toxunulan görüşdə Yaponiyanın Bəsrə ərazisindəki neft emalı zavodlarının genişləndirilməsi üçün İraqa 300 milyon dollar kredit verəcəyi qərara alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay