Dünya
20.08.2021 / 13:13
Avro və funtda bahalaşma başlaya bilər
17291
Foreks bazarlarında dolların bahalaşması dinamikası zəifləyib, ucuzlaşmağa başlayacağı ehtimalları güclənib.
Valyuta.az xəbər verir ki, bunun əsas səbəbi Amerikada inflyasiya, işsizlik və koronavirus böhranının hökm sürdüyü bir şəraitdə, FED-in siyasətində vaxtından tez sərtləşməyə başlamasıdır.
Beləliklə, yenidən EUR/USD 1.16$, GBP/USD 1.36$-ın üzərində dəstək görərək bahalaşmağa başlaya bilər. Əlvan metallar bazarlarında qızılın qiyməti də 1787$-ın qırılması ilə yeni trendə başlaya bilər.
Kriptovalyuta birjalarında bitkoin yenidən 47000$-ın üzərində ticarət edilir və üzərində qalacağı təqdirdə, 51000$-a kimi dəyər qazanacağı proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay