Dünya
18.08.2021 / 19:06
Dünyanın ən böyük sərvət fondu 6 ayda əldə etdiyi gəliri açıqladı
17208
Dünyanın ən böyük sərvət fondu Norveç Suverən Fondu bu ilin ilk 6 ayında 110 milyard ABŞ dolları məbləğində gəlir əldə edib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bununla da, Fondun gəlirliliyi 9,4 % səviyyəsində olub.
Məlumata görə, Norveç Suverən Fondu təkcə səhm investisiyalarından 14 %, daşınmaz əmlaka qeyri-dövlət investisiyalarından 4,6 % gəlir əldə edərkən, sabit gəlirli qiymətli kağızlara investisiyalarından 2 %, bərpa olunan enerji infrastrukturuna yatırımlarından isə 1,9 % zərərə uğrayıb.
Fondun dəyəri 1,4 trilyon ABŞ dolları təşkil edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay