Avro və funt sterlinqdə ucuzlaşmanın davam edəcək - PROQNOZ
Amerikadan bu gün Bakı vaxtı ilə saat 18:00-da açıqlanacaq sənaye istehsalına dair önəmli fundamental göstəricilər fonunda proqnozların yaxşılaşması, dollar indeksinin dəstək görməsinə səbəb olur. Lakin bununla bərabər iqtisadiyyat, xüsusilə əmək bazarında qeyri-müəyyənliyin artması, bahalaşmanın məhdud qalmasına səbəb olur.
Valyuta.az xəbər saat 16:30-da pərakəndə satış dövriyyəsi və saat 21:30-da FED sədri Jerom Povelin çıxışı da investorların diqqət mərkəzindədir.
Beləliklə, EUR/USD və GBP/USD məzənnələri yenidən ucuzlaşmağa başlayıb. Avro 1.18, funt sterlinq 1.38$-ın altında qalarsa, ucuzlaşmanın davam edəcəyi proqnozlaşdırılır. Monetar siyasətlərin sərtləşəcəyi ehtimallarının zəifləməsi isə qızılın bahalaşmaqda davam etməsinə səbəb olur. Bir unsiya üzrə növbəti önəmli müqavimət səviyyəsi 1828$-dır.
Kriptovalyuta birjalarında isə 47 min müqavimət səviyyəsi qırılıb və bu, son bahalaşma dalğasının 51 min dollara kimi davam edəcəyini proqnozlaşdırmağa əsas verir.
Qeyd edək ki, məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay