Özəl kapital bazarı 7 trilyon dolları keçib - HESABAT
Son 1 ildə özəl kapital investisiyalarının həcmi və idarə etdikləri aktivlər sürətlə böyüyüb.
Valyuta.az Marja.az-a istinadla xəbər verir ki, təkcə 5 Amerikan şirkətinin (Blackstone, KKR, Carlyle, Apollo və Ares) bazar dəyəri ötən ilin martından bəri üçqat artaraq, 252 milyard dollara çatıb. 2020-ci ilin martında bu rəqəm cəmi 80 milyard dollar idi.
Onların idarəçiliyi altındakı aktivlərin həcmi də ötən ilin iyunu ilə müqayisədə 37% genişlənib - 2,1 trilyon dollar.
"Goldman Sachs"-ın hesablamalarına görə, bugün özəl investorların həmin şirkətlər vasitəsilə müxtəlif bizneslərə yatırmağa hazır olduğu pulun həcmi 440 milyard dollardır. Bu isə tarixi rekorddur və son 4 ildə ikiqat artım deməkdir.
2006-2015-ci illərdə təkcə kapital şirkətlərinin investorlardan xidmət haqqı şəklində aldığı vəsait 230 milyard dollar olub.
"Morgan Stanley" bankı hazırda özəl investisiya qruplarının əlindəki bütün aktivlərin (o cümlədən pul vəsaitinin) 7,4 trilyon dollar təşkil etdiyini bildirir. 2025-ci ilə qədər bu məbləğin 13 trilyon dollara çatacağı proqnozlaşdırılır.
Məlumat üçün bildirək ki, qonşu ölkələrdə - Türkiyədə ən iri özəl investisiya qrupu 5 milyard dollardan çox aktivləri olan "TürkVen", Rusiyada isə bazarın 30%-dən çoxunu əlində saxlayan "Baring Vostok Capital Partners"dir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay