Rusiyanın bank qrupunun xalis mənfəəti 79 faiz artıb
Rusiyanın "Sberbank" qrupunun kapitallaşması 100 milyard dolları keçib.
Valyuta.az Fins.az-a istinadən xəbər verir ki, sonuncu dəfə bu rəqəmə 2018 -ci ilin əvvəlində çatılmışdı.
Birjadakı ticarət məlumatlarına görə, Moskva vaxtı ilə saat 10: 30-da adi səhmlərin 329,15 rubl qiymətilə şirkətin kapitallaşması təxminən 7,11 trilyon rubl təşkil edib. İmtiyazlı səhmlərin dəyəri isə 303 milyard rubl təşkil edir. Beləliklə, şirkətin kapitallaşması 7,408 trilyon rublu keçib. Dolların cari məzənnəsinə əsaslanaraq, ABŞ valyutasına çevrildikdə göstərici 100.7 milyard dollar təşkil edib.
"Sberbank" qrupunun səhmlərinin bahalaşmasına analitiklərin bu il və sonrakı illər üçün mənfəət proqnozlarının yüksəldilməsidir.
2021-ci ilin yanvar - iyul aylarında "Sberbank" qrupunun xalis mənfəəti 2020 -ci ilin eyni dövrü ilə müqayisədə 79% artaraq 721,6 milyard rubla çatdıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay