Dünya
09.08.2021 / 19:46
“BioNTech” vaksin satışından nə qədər gəlir əldə edəcək? - Planlaşdırma
16780
ABŞ-ın “Pfizer” şirkəti ilə birlikdə koronavirusa qarşı “Comirnaty” vaksinini hazırlamış Almaniyanın “BioNTech” şirkəti 2021-ci ildə preparat satışından 15,9 milyard avro qazanmağı planlaşdırır.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında deyilir.
İyulun 21-nə olan məlumata görə, “BioNTech”-“Pfizer” konsorsiumu 100-dən çox ölkə və əraziyə 1 milyard dozadan çox vaksin göndərib. Ümumilikdə, konsorsium ilin sonunadək 3 milyard doza, 2022-ci ildə isə 4 milyard doza vaksin tədarük etməyi planlaşdırır.
“BioNTech”-“Pfizer” konsorsiumunun hazırladığı preparat artıq Avropa Dərman Agentliyi, Avropa Komissiyası tərəfindən tövsiyə olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay