Havanın temperaturunun ən çox artdığı şəhərlər açıqlandı
İqlim Dəyişikliyi üzrə Beynəlxalq Ekspertlər Qrupu altıncı qiymətləndirmə hesabatını təqdim edib.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, hesabatda 1950-ci ildən 2018-ci ilə qədər olan dövrdə şəhərlərdə havanın orta illik temperaturunun artımı qiymətləndirilib. Siyahının lideri Hindistanın Kəlkətə şəhəri olub. Qeyd olunan dövrdə sözügedən şəhərdə havanın orta illik temperaturu 2,6 dərəcə artıb.
İkinci yerdə Albaniyanın paytaxtı Tirana (2,33 dərəcə), üçdə isə Moskva (1 dərəcə) qərarlaşıb.
Qeyd olunan dövrdə Nyu-Yorkda havanın orta illik temperaturu 0,21 dərəcə, Los-Ancelesdə – 0,14 dərəcə, Brüsseldə – 0,62 dərəcə, Sidneydə – 0,21, Çində – orta hesabla 0,49 dərəcə, Yaponiyada – 0,98 dərəcə artıb. Yalnız Qahirədə temperatur dəyişməyib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay