Dünya
09.08.2021 / 16:38
Dollar indeksində yüksəliş cüzi inkişaf edə bilər
16759
Amerikanın əmək bazarına dair fundamental göstəricilərin müsbət açıqlanmasından sonra EUR/USD, GBP/USD və XAU/USD kimi maliyyə alətlərin qiymətlərində ucuzlaşma sürətlənib.
Valyuta.az xəbər verir ki, avro 1.18, funt strelinq 1.39 və qızılın bir unsiya qiyməti 1740$-ın altında ticarət edilir. Təhlillərə əsasən, dollar indeksində yüksəliş 1%-ə kimi davam edə bilər.
Kriptovalyuta birjalarında bitkoin də dolların məzənnəsinə paralel olaraq bahalaşır. Hazırda 45 minə ticarət edilən BTCUSD məzənnəsi üzrə növbəti müqavimət səviyyəsi 51 mindir.
Qeyd edək ki, məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay