Dünya
06.08.2021 / 10:19
CNN vaksin vurdurmayan əməkdaşlarını işdən qovdu
16655
CNN telekanalının rəhbərliyi koronavirusa qarşı vaksin olunmadan ofisə gələn üç işçisi ilə müqaviləyə xitam verib.
Valyuta.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə telekanalın jurnalisti Oliver Darsi CNN-nin prezidenti Ceff Sukerə istinadən məlumat yayıb.
“Ötən həftə öyrəndik ki, üç işçimiz peyvənd edilmədən ofisə gəlib. Onların hər üçü işdən azad edildi. Bu mövzuda siyasətimizi sıfır tolerantlıq üzərində qurduğumuzu açıq şəkildə bəyan edirik”, - deyə CNN-nin prezidenti daxili yazışmada əməkdaşlarına xəbərdarlıq edərkən vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay