Dünya
05.08.2021 / 10:41
Delta ştamı vaksinlərin effektivliyini aşağı salır – Britaniyalı alimlər
16593
Delta ştamının yayılması COVID-19-a qarşı mövcud vaksinlərin effektivliyini aşağı salır.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi britaniyalı alimlərin araşdırmalarına istinadən məlumat yayıb.
İngiltərədə 98 min nəfərin iştirak etdiyi və 24 iyun-12 iyul tarixləri arasında aparılmış araşdırmanın nəticələrinə görə, vaksinlərin koronavirus infeksiyasına yoluxmaya qarşı effektivliyi 49 %-ə enib. Bir ay öncə isə bu göstərici 64 % təşkil edib.
“Bloomberg” agentliyi məlumat verir ki, alimlər koronavirusun delta ştamının yayılmasına qarşı mübarizə üçün yeni vaksinlərə ehtiyac olacağını güman edirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay