Dünya
04.08.2021 / 18:36
Türkiyədə daha bir zəlzələ oldu
16581
Türkiyənin Kayseri vilayətində 4,1 bal gücündə zəlzələ olub.
Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla 15:38-də qeydə alındığını bildirib.
Zəlzələnin episentri Kayserinin Kocasinan rayonunun Sarıyacık bölgəsi olub.
Qeyd edək ki, bu gün Egey dənizinin Datça sahilində də ard-arda 4,1 və 3,6 bal gücündə zəlzələ baş verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay