BMW sərmayəçilərini xəbərdarlıq etdi
BMW ikinci rübdə proqnozun üzərində mənfəət açıqlamasına baxmayaraq, qlobal çip böhranı ilə əlaqədar olaraq gələcək aylarda meydana gələ biləcək qeyri-müəyyənliklər mövzusunda sərmayəçiləri xəbərdar edib.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, 2021-ci ilin 2-ci rübündə BMW-nin faiz və vergilərdən əvvəlki mənfəəti 4 milyard avroluq bazar proqnozunu aşaraq 5 milyard avro təşkil edib. Şirkətin əməliyyat mənfəəti 16% artıb.
BMW-nin Maliyyə direktoru Nicolas Peter yazılı açıqlamasında, "Tədarük çətinlikləri davam etdiyi müddətcə vəziyyət gedərək daha da gərgin bir hal alır. İlin ikinci yarısında da istehsal məhdudiyyətlərinin davam etməsini və satış həcminin bundan təsirlənməsini gözləyirik" deyib.
“Volkswagen” də “Audi” və “Porsche”dən əldə etdiyi satış gəlirlərilə mənfəətini artırmağı bacararkən, tədarük çətinlikləri mövzusunda xəbərdarlıq etmişdi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay