Dünya
03.08.2021 / 14:23
Türkiyədə 18 ilin ən yüksək iyul inflyasiyası yaşanır
16463
Türkiyədə iyul ayında illik inflyasiya 18,95% təşkil edib, bu, 26 ayın ən yüksək səviyyəsidir (2003-cü ildən bu yana). 2003-cü ildə 23,59% inflyasiya qeyd alınmışdı.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, istehsalçı qiymətlərindəki artım trendi İyulda da davam edib və illik istehsalçı inflyasiyası 45%-ə çatıb.
İstehsalçı qiymətlərilə istehlakçı qiymətləri arasındakı fərq də rekord yeniləyib.
İyulda illik baza inflyasiya 17,22% olub.
Türkiyə Statistik Komitəsinin (TÜİK) açıqladığı məlumatlara görə, İyulda istehlakçı qiymətləri indeksi İyun ayı ilə müqayisədə 1,80% artıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay