Türk lirəsi dollar qarşısında daha da bahalaşdı
Qlobal bazarlarda risk iştahı və inkişaf edən ölkələrin pul vahidlərinə tələb artıb.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, inkişaf edən ölkələrin pul vahidlərinə tələbin artması Türk lirəsinin də dollar qarşısında bahalşamasına səbəb olur. Türk Lirəsi dollar qarşısında İyun ayının ortasından bu yana ən yüksək səviyyəni görüb.
Bakı vaxtı ilə saat 17:15-də Dollar/TL məzənnəsi 1,2% geriləmə ilə 8.35 səviyyələrində olub. Bu gün məzənnə 8.33 səviyyələrini də görüb.
Türk lirəsi İyul ayında 2,5% dəyər qazanıb və ən çox dəyər qazanan inkişaf edən ölkə pul vahidi olub. Amma 2021-ci ilin əvvəlindən bu yana hələ ən çox dəyər itirən ikinci inkişaf edən ölkə pul vahididir.
Dollar/TL məzənnəsinin düşməsinə ABŞ xəzinə istiqrazı faizi və zəifləyən dollar da təsir edib. 10 illik ABŞ Xəzinə istiqrazının faizi 1,22% səviyyəsinə qədər geriləyib, ABŞ valyutasının mühüm pul vahidləri qarşısındakı performansını göstərən Bloomberg Dollar İndeksi 1.138-ə düşüb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay