Dünya
02.08.2021 / 14:38
“Saudi Aramco” bitkoin mayninq edəcəyi ilə bağlı şayələri təkzib edib
16390
Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” bitkoinin mayninqində iştirak etmək planlarının olması haqqında şayələri təkzib edib.
Valyuta.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin press-relizində bildirilir.
“Şirkətimizin bitkoin hasil edilməsi fəaliyyətinə başlayacağı ilə bağlı yayılan son xəbərlərlə bağlı bəyan edirik ki, bu bəyanatlar yalandır və dəqiq deyildir”, - məlumatda deyilir.
Qeyd edək ki, daha əvvəl kriptovalyutalar sahəsində ixtisaslaşmış bir sıra KİV-lərdə “Saudi Aramco”nun bitkoinin mayninqində maraqlı olması haqqında xəbərlər yayılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay