Dünya
30.07.2021 / 10:00
İsrail təkrar vaksinasiyanı təsdiq edən ilk dövlət oldu
16280
İsrailin Səhiyyə Nazirliyi vətəndaşların təkrar vaksinasiyası haqqında qərar qəbul edib.
Valyuta.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Тimes of Israel” məlumat yayıb.
Bildirilib ki, qərara əsasən, yaşı 60-dan yuxarı olan şəxslərə koronavirusa qarşı “Pfizer” peyvəndinin üçüncü dozası vurulacaq.
Üçüncü dozanın vurulması üçün ikincinin qəbulundan beş ay ötməsi şərtdir.
Qərarın icrasına avqustun 1-dən etibarən başlanacaq.
Qeyd edək ki, İsrail vətəndaşlarına peyvəndin üçüncü dozasının vurulması barədə rəsmi qərar qəbul edən ilk dövlətdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay