Dünya
29.07.2021 / 16:55
SWIFT ödənişləri sürətləndirəcək yeni xidməti istifadəyə verib
16258
SWIFT beynəlxalq banklararası ödəniş sistemi az məbləğdə transsərhəd ödənişlərini daha tez və ucuz həyata keçirməyə imkan verən yeni xidməti istifadəyə verib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, “SWIFT Go” adlı xidmətlə kiçik biznes və istehlakçılar dünyanın istənilən nöqtəsində birbaşa bank hesablarından sürətli və təhlükəsiz ödənişlər edə biləcək.
Yeni xidmət az məbləğdə ödənişlərin yollanmasını qiymət baxımından daha sərfəli edəcək. Digər tərəfdən ödəniş həyata keçirilən vaxt komissiya və mübadilə üzrə valyuta məzənnəsi əvvəlcədən bilinəcək. Ödənişin statusunu həm yollayan, həm də alan tərəf onlayn rejimdə izləyə biləcək.
Artıq yeni xidmətlə 7 beynəlxalq bank, o cümlədən Rusiyanın ən iri bankı olan “Sberbank” işləyir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay