2021-də 33,5 milyard dollarlıq “Pfizer” peyvəndi satılacaq - GÖZLƏNTİ
ABŞ-ın əczaçılıq şirkəti Pfizer, Almaniyanın bio-texnologiya şirkəti BioNTech ilə inkişaf etdirdikləri yeni növ koronavirus (Covid-19) peyvəndindən bu il əldə edəcəkləri satış gəlirinə dair proqnozunu 26 milyard dollardan 33,5 milyard dollara qaldırıb.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, Pfizer, May ayında peyvənd satışlarından bu il 26 milyard dollarlıq gəlir əldə etməyi nəzərdə tutduqlarını açıqlamışdı.
Şirkətdən verilən məlumata görə, Pfizerin bu ilin ikinci rübündə (aprel-iyun) əldə etdiyi gəlir keçən ilin eyni dövrü ilə müqayisədə 92% artaraq 19 milyard dollara çatıb. Şirkətin keçən ilin eyni dövründə satışları 9,9 milyard dollar olaraq reallaşmışdı.
Şirkət bu ilin ikinci rübündə Kovid-19 peyvəndinin satışlından 7,8 milyard dollar gəlir əldə edib.
Şirkətin xalis mənfəəti bu ilin ikinci rübündə 5,6 milyard dollara yüksəlib. Şirkətin keçən ilin eyni dövründə 3,5 milyard dollar xalis mənfəət əldə etmişdi.
Pfizer, İyul ayı ortasınadək imzalanan müqavilələr çərçivəsində bu il 2,1 milyard doza peyvəndin təhvil verilməsinin gözlənildiyinə diqqəti çəkib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay