Dünya
28.07.2021 / 19:51
“Ethereum”la ticarətin artım tempi “Bitkoin”dən 3 dəfə çox olub
16192
Bu ilin yanvar ayından iyun ayının sonuna qədər “Ethereum” kriptovalyutası ilə 1,4 milyon dollarlıq ticarət əməliyyatı aparılıb.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu, ötən ilin ikinci yarısına nisbətən 1 461 % artım deməkdir.
Həmin dövrdə bitkoinlə ticarətin dəyəri isə 489 % artaraq 2,1 trilyon dollar olub.
Bu kriptovalyuta investisiyaların gəlirliliyinə görə 2021-ci ilin ilk altı ayında “Bitkoin”i, “S&P 500” indeksini və qızılı geridə qoyub. Həmin alətlər müvafiq olaraq 20 %, 14 % və 6,7 % artdığı halda “Ethereum”da bu göstərici 210 % olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay