Dollar yenidən qüvvətlənə bilər
Dollar indeksindəki geriləmənin davam etməsi fonunda EUR/USD və GBP/USD cütlüklərində artım tendensiyası müşahidə olunur.
Valyuta.az xəbər verir ki, lakin analitiklərin fikrincə, FED-in bu günki toplantısında monetar siyasətlə bağlı şahin fikirlər yer alacağı təqdirdə dollar yenidən dünya birjalarında qüvvətlənə bilər.
FED-in monetar siyasətindəki qeyri-müəyyənlik, Avrozona iqtisadiyyatındakı risklər fonunda investorlar qızıldakı mövqelərini qoruyurlar. Bu amil qızılda artım tendensiyasını dəstəkləyə bilər. Qiymətli metalın bir unsiya üzrə dəyəri 1810$ həddininin üzərində möhkəmlənə bilsə, 1823$-a kimi bahalaşa bilər.
Kriptovalyuta birjalarında çərşənbə axşamı yaşanan artımlar fonunda Bitkoin yenidən 40000$ həddini test etdi. Əgər bu həddin üzərində möhkəmlənə bilərsə, artım tendensiyasının 45000$-a kimi davam edəcəyi ehtimal olunur.
Qeyd edək ki, məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay