Rusiya Bankı uçot dərəcəsini kəskin artırdı
Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) Direktorlar Şurası bu gün keçirilən iclasda uçot faiz dərəcəsini 5,5%-dən 6,5%-ə artırılması ilə bağlı qərar qəbul edib.
Valyuta.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının məlumatında deyilir.
Sonuncu dəfə (11 iyunda) Rusiya Bankı uçot dərəcəsini 5%-dən 5,5-ə artırmışdı.
Rusiya Bankı hesab edir ki, 2021-ci ilin II rübündə ölkə iqtisadiyyatı pandemiyadan əvvəlki səviyyəyə çatıb. Tənzimləyici illik inflyasiyanın 2021-ci ildə 5,7-6,2% olacağını, 2022-ci ildə 4-4,5%-ə enəcəyini, gələcəkdə isə 4%-ə yaxın qalacağını gözləyir.
Əvvəlki faiz artımından sonra Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina ölkədə inflyasiyanın artmasının daha çox narahatlıq doğurduğunu bildirmişdi.
Onun sözlərinə görə, qiymət artımının sürətlənməsinə, xüsusən yumşaq pul-kredit siyasəti təsir edib. Nabiullina inflyasiyanın davamlı artması fonunda Rusiya Bankının uçot dərəcəsini artırmağa davam edəcəyini bildirmişdi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay