Dünya
22.07.2021 / 18:34
IBM-in gəliri proqnozu kəskin aşdı
15950
ABŞ-ın texnologiya şirkəti IBM-in bu ilin ikinci rübündə əldə etdiyi gəlir 3,4% artımla 18,7 milyard dollar təşkil edib.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, şirkətin gəlirinin 18,3 milyard dollar səviyyəsində olacağı proqnozlaşdırılırdı.
IBM, 2020-ci ilin ikinci rübündə 18,1 milyard dollar gəlir əldə etmişdi.
Şirkətin xalis mənfəəti isə ilin ikinci rübündə keçən ilin eyni dövrünə nisbətən 2,6% azalaraq 1,33 milyard dollara geriləyib. IBM-in xalis mənfəəti keçən ilin ikinci rübündə 1,36 milyard dollar təşkil etmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay