Elon Mask “Bitcoin”i “bağışladı”
ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla-nın Baş direktoru Elon Mask, şirkətin “Bitcoin”i ödəmə növü olaraq qəbul etməyə "böyük ehtimalla" yenidən başlayacağını bildirib.
Valyuta.az Marja.az-a istinadla xəbər verir ki, Mask, qatıldığı bir konfransda, “Tesla” və “SpaceX”in “Bitcoin” sərmayələri ilə bərabər, özünün də fərdi olaraq “Bitcoin”, “Ethereum” və “Dogecoin” sərmayələri olduğunu deyib.
O, “Bitcoin” mayninqində bərpa olunan enerji mənbələrinə daha çox keçid olduğunu qeyd edərək, xüsusilə Çində istifadə edilməkdə olan bir qrup kömür stansiyasının bağlanıldığını anladıb.
Mask, "Bərpa edilən enerjidən istifadə nisbəti böyük ehtimalla 50% və ya çoxdur. Bu nisbəti artırmağa istiqamətlənmiş bir meyl var. Əgər elə isə, Tesla böyük ehtimalla Bitcoin qəbul etməyə davam edəcək",- deyib.
Elon Mask, may ayında Twitter-dən etdiyi bir paylaşmada, ekoloji narahatlıqları səbəb göstərərək Tesla-nın vasitə satışlarında Bitcoin istifadə etməni təxirə saldığını açıqlamışdı.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay