“COVID-19” xəstələrindən 21 min dollar tələb etdilər - Yeni skandal
Koronavirus pandemiyasından ən çox ziyan çəkən ölkələrdən birində - Peruda yeni skandal gündəmdən düşmür.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, ölkə polisi dünən koronavirus xəstələrinin müalicə olunduğu paytaxt Limanın Qilyermo Almenara dövlət xəstəxanasında cinayətkar şəbəkəni həbs edib. Tutulanlar ağır vəziyyətdə olan COVID-19 xəstələrinin reanimasiyaya yerləşdirilməsi və intensitv terapiya üçün hər yatağa görə təxminən 21 min dollar rüşvət tələb etməkdə təqsirləndirilir.
Xəstələrdən birinin qardaşının şikayətindən sonra polis hərəkətə keçərək, xəstəxanada reydə başlayıb. Prokurorluq həbs olunan 9 nəfərin içərisində xəstəxana rəhbəliyinin də olduğunu açıqlayıb.
Xatırladaq ki, Peru may ayında koronavirusdan vəfat edənlərin rəsmi statistikasını üç dəfə artırdıqdan, hazırda hər 100 min nəfərə düşən ölüm sayına görə dünyada liderlik edir. Ölkədə 2 milyondan artıq yoluxan, 195 mindən artıq isə ölüm sayı (dünyadan 5-ci) var.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay