Azərbaycandan Gürcüstana pul köçürmələri 2,5 dəfə artıb
Bu ilin I yarısında Azərbaycandan Gürcüstana 42,5 milyon ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının məlumatında bildirilib.
Məlumata əsasən, ötən ilin eyni dövrünə nisbətdə həcmdə 2,5 dəfə artım qeydə alınıb.
Yanvar-iyunda Gürcüstandan Azərbaycana isə 8,8 milyon ABŞ dolları köçürülüb ki, bu da illik müqayisədə 22,2 % çoxdur.
Təkcə iyun ayında Azərbaycandan Gürcüstana 7,1 milyon ABŞ dolları, qonşu ölkədən Azərbaycana isə 1,9 milyon ABŞ dolları daxil olub.
Ötən ay xarici ölkələrdən Gürcüstana göndərilən pul köçürmələrinin ümumi həcmi 201,9 milyon ABŞ dolları (+19,3 %), qonşu ölkədən xaricə köçürülən pulların həcmi isə 26,5 milyon ABŞ dolları (+20,8 %) təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay