ABŞ-da rəqəmsal bankçılıq sahəsində kütləvi ixitasarlar başlayıb
ABŞ-ın ən böyük bankları, o cümlədən “Wells Fargo”, “Citigroup” və “JPMorgan Chase” rəqəmsallaşmanın inkişafı şəraitində cari ilin ilk yarısında 300 bölməsini bağlayıb və işçi heyəti ixtisar edib.
Valyuta.az "Blomberg"ə istinadən xəbər verir ki, “Wells Fargo” 154 bölməsini bağlayıb, ümumi işçi heyətinin isə 6 %-ni ixtisar edib. “Citigroup” 100, “JPMorgan Chase” 40 filialını bağlamalı olub.
Banklarda qeyd edilir ki, onların müştəriləri tez-tez rəqəmsal imkanlardan istifadə edir.
Analitiklər hələ uzun zaman əvvəl onlayn bankçılıq və mobil tətbiqlərin nəticə etibarı ilə bank şöbələrinin və işçilərinin ixtisarına gətirib çıxaracağını proqnozlaşdırıb. Koronavirus pandemiyası rəqəmsal texnologiyaların tətbiqini daha da sürətləndirdi. Belə ki, buna kimi iri tranzaksiyalar və ya ipotekaya müraciət üçün bank tətbiqlərindən istifadə etməyə risk etməyən müştərilər məhdudiyyət tədbirlərinə görə rəqəmsal platformalara keçmək məcburiyyətində qaldılar.
Tərcümə: Kamran Xəlilov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay