Yeni kriptovalyuta indeksi təqdim edildi
ABŞ-ın maliyyə məlumatları tədarükçüsü “S&P Global”ın bölməsi olan “S&P Dow Jones Indices” toplam kapitallaşması 1,2 trilyon ABŞ dollara çatan 243 aktivi özündə birləşdirən “S&P Cryptocurrency Broad Digital Market” (BDM) indeksini istifadəyə verib.
Valyuta.az Fed.az-a istinadən xəbər verir ki, yeni indeks kriptovalyuta bazarının məcmu kapitallaşmasının 80 %-ni əhatə edir. BDM Nyu-Yorkdan olan “Lukka” firmasının məlumatlarına və hesablama metodologiyalarına əsaslanır.
Xatırladaq ki, 2019-ci ildə NASDAQ Fond Birjası 100 kriptoaktivi özündə ehtiva edən “CIX100” indeksini istifadəyə verdi. Ötən ilin dekabr ayında isə Çikaqo Opsionlar Birjası ETF-nin yaradılmasına uyğun gələn kriptovalyuta indekslərini təqdim etdi. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay