EUR/USD və GBP/USD məzənnələrində ucuzlaşma sürətlənib
Amerikada inflyasiyanın son 30 ilin maksimumuna yüksəlməsi xəbərlərindən sonra EUR/USD və GBP/USD məzənnələrində ucuzlaşma sürətlənib.
Valyuta.az xəbər verir ki, inflyasiyanın güclü artım FED-in monetar siyasətini vaxtından tez sərtləşdirəcəyinə işarədir ki, avro və funta qarşı təzyiqlər də artır.
Təhlillərə əsasən, avro 1.16, funt 1.36$-a kimi dəyər itirə bilər. Əlvan metallar bazarlarında da qlobal iqtisadi qeyri-müəyyənliyin artmasına baxmayaraq, foreksdə dolların bahalaşması ilə qızılın qiyməti də 1818$-ın altında müqavimətlə rastlaşır.
Kriptovalyuta birjalarında bitkoin də ucuzlaşır və 32 minin qırılması ilə növbəti önəmli dəstək səviyyəsinin 30 min olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay